11:06 - 23.07.2024
23 iyul, Fineko/abc.az. Dövlət Vergi Xidməti ləğv prosesində olan "Naxçıvan Bank" ASC-nin bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
ABC.AZ xəbər verir ki, yeni BOKT bağlanmış bankla eyni hüquqi ünvanda - Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə İsa Bünyad oğlu İsayevdir. O, "Naxçıvan Bank"ın İdarə Heyəti sədrinin I müavini olub.
Xatırladaq ki, bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 2-ci təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a çevrilib. (Report)
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
18 Sentyabr 2024