12:30 - 23.07.2024
23 iyul, Fineko/abc.az. Ötən ay fiziki şəxslərin Banklardakı əmanətləri (müddətli + cari hesablar) 3.6% və ya 480.7 milyon manat artıb.
ABC.AZ Mərkəzi Bankın Statistik bülleteinin İyun buraxılışına istinadən xəbər verir ki, artımın 86.5%-i (415.8 milyon manat) milli valyutada, 13.5%-i (65 milyon manat) xarici valyutada əmanətlər üzrə olub.
Fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9 milyard 100.4 milyon manat) milli valyutada, 34.4%-i (4 milyard 779.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 55.8%-i (7 milyard 750.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 252.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.3%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.6 faiz bəndi azalaraq 33.9% təşkil edib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025