Cari ildə dövlət xəttilə verilən ipoteka krediti 5,5% azalıb

15:05 - 23.07.2024


23 iyul, Fineko/abc.az.  Cari ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 230,3 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % azdır.

 ABC.AZ Azərbaycan Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,8 % azalaraq 195,2 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2,1 dəfə artaraq 300 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.