İqtisadiyyatımıza kredit qoyuluşları 27 milyard 3 milyon manat olub

15:53 - 23.07.2024


23 iyul, Fineko/abc.az. 2024-ci il iyul 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 27 milyar 3 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu cari ilin əvvəli ilə müqayisədə 3 milyard 23,9 milyon manat və ya 12,6% çoxdur.

İllin əvvəlinə kredit qoyuluşu 23 milyard 979,1 milyon manat təşkil edib.

2023 ilin iyul ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 22,9% və ya 5 milyard 36,8 milyon manat artıb. Belə ki, ötən ilin iyul ayının 1-nə kredit qoyuluşlarının həcmi 21 milyard 966,2 milyon manat təşkil edib.

Son bir ay ərzində kredit qoyuluşlarında 504,7 milyon manat və ya 2% artım baş verib.

Qeyd edək ki, kredit qoyuluşlarının 25 milyard 429,5 milyon manatı bankların, 1 milyard 573,8 milyon manatı isə BOKT-ların payına düşüb.