“Coca-Cola” şirkətinin xalis gəliri ikinci rübdə 5% azalıb

16:24 - 23.07.2024


23 iyul, Fineko/abc.az. Amerikanın içki istehsalçısı “Coca-Cola”nın xalis mənfəəti 2024-cü ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 2,4 milyard dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarında deyilir.

Eyni dövrdə seyrəldilmiş mənffət 2023-cü ilin ikinci rübündə 0,59 dollardan 0,56 dollara qədər azaldı. Bu vaxt “Coca-Cola”nın gəliri 3% artaraq 12,36 milyard dollara çatdı. Şirkətin əməliyyat mənfəəti 10% artaraq 2,6 milyard dollara çatdı. Vergidən əvvəl mənfəət 5% artaraq 3,02 milyard dollara çatdı.

“Coca-Cola”nın ilin birinci yarısında xalis mənfəəti 5,58 milyard dollar, qazancı isə 23,66 milyard dollar təşkil edib. Yarım il ərzində seyrəldilmiş mənfəət 1,3 dollar təşkil edib.