Bu sığorta üzrə yığımlar 56 milyon 273 min manat olub

17:03 - 23.07.2024


23 iyul, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Banka istiandən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 56 milyon 273 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 162 min manat və ya 0,3% çoxdur.

2023-ci ilin yanvar-iyun aylarında bu göstərici 56 milyon 111 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 382 min manat təşkil edib ki, bu da illik müqayisədə 796 min manat və ya 37 % azdır.

Keçən ilin eyni dövründə 2 milyon 178 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.