17:27 - 23.07.2024
23 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 844 ədəd stolüstü kompüter istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki illə müqayisədə 2 108 ədəd və ya 3,5 dəfə azdır. 2023-cü ilin yanvar-iyun aylarında 2 952 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 2,7 dəfə artaraq 903 ədəd təşkil edib.
21 May 2025
21 May 2025