Alimlər Braziliya sahillərində yaşayan köpək balığı orqanizmlərində kokain izləri aşkar ediblər 

22:16 - 23.07.2024


23 iyul, Fineko/abc.az. Alimlər Braziliya sahillərində yaşayan köpək balığı orqanizmlərində kokain və onun metabolitinin izlərini aşkar ediblər. Tədqiqatçılar qeyd edirlər ki, bu yırtıcı balıqların əzələ toxumalarında və qaraciyərində narkotik maddələrin konsentrasiyası digər dəniz orqanizmlərində tapıldığından yüz qat daha yüksək olub. 

ABC.AZ xəbər verir ki, tədqiqatın nəticələri Science of the Total Environment jurnalında dərc edilib.

Alimlər izah edirlər ki, narkotik maddələr Rio-de-Janeyro yaxınlığındakı suya şəhərin narkotik laboratoriyalarının drenajlarından daxil olur. Bundan əlavə, narkotik satıcıları bəzən polisdən qaçmağa çalışarkən narkotiki dənizdə itirirlər və ya qəsdən atırlar. Sahil sularında yaşayan uzun burunlu köpəkbalığı, maddələri, qəbul etdikləri paketlərdən və ya qidalandıqları balıq orqanizmlərindən ala bilər.
Alimlər tədqiqatın nəticələrindən narahatdırlar, çünki qaraciyərdə narkotik yığılması köpək balığının sağlamlığını ciddi şəkildə poza bilər. Bu köpək balığı ilə qidalanan dəniz canlılarına da zərər verilə bilər. İnsanlar da həmçinin uzun burunlu köpəkbalığının ətindən qidalanırlar.