Avtobus xəttində bunu edənlərə 2 bal yazılacaq

16:53 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Azərbaycan qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması ilə əlaqədar 2 bal tətbiq olunur.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.

“Piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətininin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir”, – deyə məlumatda qeyd olunub.