Bu şirkət Cəbrayılda 88 ev tikintisindən 14 milyon manat qazanacaq

17:13 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 88 fərdi yaşayış evinin tikintisi” tenderinin nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Hovers Group” MMC olub.

Qalib şirkətə 13 818 845 manat ödəniləcək.

Qeyd edək ki, “Hovers Group” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 345 720 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlqar Zeynalov Adgözəl oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nəsimi rayonu, Abbas Səhhət, ev 73 ünvanında yerləşir.