17:14 - 24.07.2024
24 iyul, Fineko/abc.az. Bolqarıstan, Ukraynanın Rusiyadan boru kəmərlərini bağladıqdan sonra Macarıstana neft tədarükünün təmin edilməsinə kömək etməyi təklif edib.
ABC.AZ xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər naziri Peter Siyarto məlumat verib.
"Bolqarıstan əsl dost və etibarlı tranzit ölkə kimi Macarıstanın enerji təchizatının təhlükəsizliyini təmin edir. Ötən il Bolqarıstan vasitəsilə Macarıstana 5,6 milyard kubmetr təbii qaz daxil olub, bu il isə biz 3,9 milyard kubmetr təbii qaz ala bildik", - deyə Siyarto vurğulayıb.
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fitso Ukrayna hökumətinin başçısı Denis Şmiqalla telefon danışığı aparmışdı. O, Bratislavanın "Rusiya-Ukrayna münasibətlərinin girovu olmaq niyyətində olmadığını" deyib və vurğulayıb ki, Kiyevin qərarı postsovet Respublikasının ümumi istehlakının təxminən 10%-ni təşkil edən Slovnaft tərəfindən istehsal olunan dizel yanacağının Ukraynaya tədarükünün dayandırılmasına səbəb ola bilər.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025