Parklanma yerini ödəniş etmədən tərk edənlərin cəriməsi 2 dəfə artırıldı

17:21 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətinin başladılmamasına görə cərimələr 2 dəfə artırılıb. 

ABC.AZ verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə ediləcək.