Neft ötən gün artdıqdan sonra ucuzlaşır, Brent $81,02/barel təşkil edir

09:35 - 25.07.2024


25 iyul, Fineko/abc.az. Etalon markaların qiyməti bir gün əvvəl artdıqdan sonra cümə axşamı keçirilən hərracda düşür.

London ICE Futures birjasında Brent markalı neftin sentyabr ayı üçün fyuçers qiyməti saat 09:30-da $0,69 (0,84%) azalaraq bir barel üçün $81,02-a düşüb. İyulun 24-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $0,70 (0,86%) artaraq bir barel üçün $81,71-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin sentyabr fyuçerslərinin qiyməti saat 09:30-da $0,70 (0,90%) azalaraq bir barel üçün $76,89-a düşüb. İyulun 24-də keçirilən ticarətin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçersləri $0,63 (0,82%) artaraq bir barel üçün $77,59-a yüksəlib.