10:52 - 25.07.2024
25 iyul, Fineko/abc.az. Bolt köhnə avtomobilləri daha yeni, ekoloji cəhətdən təmiz avtomobillərlə əvəz etməyə kömək edilməsi məqsədi daşıyan innovativ təşəbbüsün pilot mərhələsinin başlandığını elan edib.
Şirkətdən ABC.AZ-a verilən məlumata görə, təşəbbüs çərçivəsində avtoparklar Boltdan yeni avtomobillərin alınması üçün təxminən 3000 manat məbləğində maliyyə dəstəyi alacaq.
Bunun müqabilində bu avtoparklar müəyyən göstəricilərə cavab verməli və brendinq üzrə bonus proqramlarında iştirak etməlidirlər.
Qeyd edilib ki, təşəbbüs taksi şirkətlərinin və tərəfdaş sürücülərin elektrik və hibrid modellərə, yeni və daha səmərəli nəqliyyat vasitələrinə keçidini dəstəkləmək məqsədi daşıyır.
21 May 2025
21 May 2025