Azərbaycanda yüksək gəlirli istiqraz buraxılır

12:21 - 25.07.2024


25 iyul, Fineko/abc.az. Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «Finex Kredit” BOKT ASC qiymətli kağızlar bazarına yüksək gəlirli istiqraz buraxmağa hazırlaşır.

ABC.AZ xəbər verir ki, emissiya çərçivəsində ümumi məbləği 500 min manat olan istiqraz buraxılacaq. İstiqrazların nominal qiyməti 500 manat olmaqla 1000 ədəd qiymətli kağız dövriyyəyə buraxılacaq.

«Finex» BOKT istiqrazlarının illik faiz dərəcəsi 17%, tədavül müddəti 3 il təşkil edir. İstiqrazın tədavüldə olduğu dövrdə emitent investora istiqrazını geri almaq hüququ verəcək.

Qiymətli kağızların anderraytinq xidmətini PSG Kapital investisiya şirkəti həyata keçirəcək.