Azərbaycan qazının Serbiya ərazisindən nəqli üzrə əməkdaşlıq genişləndiriləcək - SOCAR

14:46 - 25.07.2024


25 iyul, Fineko/abc.az. Azərbaycan qazının Serbiya ərazisindən nəqli üzrə əməkdaşlıq genişləndiriləcək və yaxın aylarda bu istiqamətdə fəaliyyətə başlanılacaq.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

Onun sözlərinə görə, təbii qaz sahəsində tərəfdaşlıqdan başqa SOCAR həm də Serbiya bazarına xam neft tədarükçüsüdür: “Bu ilin ilk altı ayında Serbiyaya xam neft tədarükü 2023-cü illə müqayisədə təxminən iki dəfə artıb. Təbii ki, biz bu əməkdaşlığı genişləndirməyə hazırıq. Azərbaycan ilə Serbiya arasında əməkdaşlığa töhfə vermək niyyətində olduğumuzu bildirmək istəyirəm”. (Report)