“Kredit Evi” ASC idarəçilik qaydalarını pozdu - Cərimələnə bilər

16:22 - 25.07.2024


 25 iyul, Fineko/abc.az. “Kredit Evi” ASC idarəçilik qaydaları əleyhinə olan (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.

ABC.AZ xəbər verir ki, BOKT barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci  maddəsinə görə  maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.