16:41 - 25.07.2024
25 iyul, Fineko/abc.az. Qətərin “Al Baladi Holdings” şirkəti Azərbaycanda tikintisi sahəsinə maraq göstərir.
ABC.AZ xəbər verir ki, bunu Bakıda səfərdə olan “Al Baladi Holdings” şirkətinin icraçı direktoru Hani Al Sayyadi jurnalistlərə açıqlamasında deyib.
“Biz Azərbaycanda ilk öncə qida və içki sahəsinə investisiya yatırmağı planlaşdırırıq. Bununla yanaşı şirkətimiz tikinti sektoruna maraq göstərir. Qeyd etmək istərdim ki, “Al Baladi Holdings” şirkəti təkcə Azərbaycanda deyil, Avropa və Yaxın Şərq kimi regionlarda da “Green Capital Managament” ilə əməkdaşlıq edəcək”, - o qeyd edib.
23 May 2025
21 May 2025
21 May 2025