11:51 - 26.07.2024
26 iyul, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Xocalı” quru-yük gəmisi növbəti səfərinə çıxıb.
ABC.AZ ASCO-ya istinadla xəbər verir ki, gəmi bu dəfə 30 min tona yaxın taxtanı Kanadadan Çinə və Yaponiyaya çatdıracaq.
Azərbaycan Bayrağı altında üzən gəmi Kanadanın Nanaimo və Styuart (Stewart) limanlarından yükünü qəbul edərək 113 kilometrlik uzunluğu olan Böyük Ber çayından (Great Bear River) səfərinə başlayıb. Daha sonra gəmi Sakit okeanı keçərək əvvəlcə Çinin Lanşan (Lanshan) limanına, oradan isə Yaponiyanın Matsuyama limanına gedəcək.
Hazırda gəmi Çinə doğru üzür, onun 17 gün ərzində Çin limanına çatması gözlənilir.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024