12:14 - 26.07.2024
26 iyul, Fineko/abc.az. Bu ilin ilk dörd ayında (İran təqvimi ilə martın 21-dən sonra) İranın qonşu dövlətlərlə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 19 milyard 820 milyon dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, ötən ilin uyğun dövründə bu rəqəm 18 milyard 687 milyon dollar olub.
Qonşu dövlətlərlə ticarət əlaqəsi son dörd ildə artaraq 60 milyard 700 milyon dollar təşkil edib. Dörd il əvvəl isə bu göstərici 36 milyard 500 milyon dollar olub.
Asiya qitəsində yerləşən bir ölkə kimi İran İraq, Türkiyə, Azərbaycan, Türkmənistan, Ermənistan, Küveyt, Qətər və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Əfqanıstan, Oman, Rusiya, Qazaxıstan və Bəhreyn də daxil olmaqla 15 ölkə ilə həmsərhəddir. Qonşuları arasında İranın ilk beş ticarət tərəfdaşına adətən BƏƏ, Türkiyə və İraq daxildir.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024