Bu şirkətin nizamnamə kapitalı 16.231 milyon manat artırılıb

12:28 - 26.07.2024


26 iyul, Fineko/abc.az. “AgroTrade Supply” MMC-nin (ATS) törəmə şirkəti “ATS Food” MMC-yə yenidən sərmayə yatırılıb.

ABC.AZ xəbər verir ki, “ATS Food” MMC-nin nizamnamə kapitalı yenidən 16.231 milyon manat və ya 40.3 faiz artırılıb.

Bununla da nizamnamə kapitalı 56.534 mln. manata yüksəldilib.

“ATS Food” MMC ölkənin qida istehsal edən şirkətlərindən iri “Delta Group Co.” MMC-nin ikiyə bölünməsindən sonra yaradılıb.

Şirkətin kapitalı iki hissəyə bölünməklə, onun yarısını “AgroTrade Supply” MMC satın almışdı.