14:08 - 26.07.2024
26 iyul, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 52.5 milyon manat təşkil edir.
ABC.AZ xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
“Maliyyə əlçatanlığının təmin edilməsi məsədilə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti yenidən təşkil olunub, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Müşahidə Şurası yaradılıb, güzəştli kreditlərin real sektora yönləndirilməsinin təşviqi, kredit bazarı iştirakçıları ilə səmərəli, şəffaf əməkdaşlıq kimi hədəflər müəyyən edilib, Fondun kredit qoyuluşlarının artması nəticəsində onun kredit portfelinin diversifikasiyası təmin edilib”, – deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib:
“Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 16 milyon manata yaxın olubsa, iyulun 1-nə 10.1 milyon manat və yaxud 63.5% az – 5.8 milyon manat olub. Nəticədə Fondun ehtiyatlarının qalıq məbləği 2.4 dəfə artaraq 6.7 milyon manatdan 16.1 milyon manata çatıb. Həmçinin bu ilin 6 ayında vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25.4 dəfə çox olub”.
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024