14:36 - 26.07.2024
26 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 357 milyon 728 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 183 milyon 336 min manat sığorta haqqı toplanılıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 24%, qeyri-həyat sığortası üzrə yığımlar isə 0.8% artıb.
Ötən ilin 6 ayında həyat sığortası üzrə yığımlar 288 milyon 783 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 181 milyon 874 min manat olub.
Bu ilin 1-ci yarısında həyat sığorta növləri üzrə ödənişlərin məbləği 233 milyon 94 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 61 milyon 916 min manata bərabər olub.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024