“Toyota” şirkəti Yaponiyada Lexus elektomobilləri üçün akkumulyator zavodu tikəcək

16:15 - 26.07.2024


26 iyul, Fineko/abc.az. Avtomobil istehsalçısı “Toyota”, Yaponiyada Lexus elektrikli avtomobillər üçün batareyalar istehsal edən daha bir böyük müəssisə inşa edəcək.

ABC.AZ xəbər verir ki, zavodun Fukuoka prefekturasının cənub-qərbindəki Küsü adasında tikiləcəyi gözlənilir. Eyni zamanda, “Toyota”nın müəssisənin tikintisinə planlaşdırılan sərmayəsi hələ müəyyənləşdirilməyib.

Toyota, 2030-ci ildən sonra ildə 3,5 milyon elektrikli avtomobil satmağı planlaşdırır, bunun yarısından bir qədər azı BEV Factory tərəfindən istehsal ediləcək. 2023-cü ildə “Toyota” təxminən 104.000 elektrikli avtomobil satmışdı.