Bu yolda sürət həddi bərpa edildi

10:02 - 29.07.2024


29 iyul, Fineko/abc.az. Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Sürət həddi yağışlı hava şəraiti ilə əlaqədar olaraq endirilmişdi.