Orta Dəhlizlə yükdaşımalar 65% artıb

10:22 - 29.07.2024


29 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 65% artaraq 2.1 milyon ton olub.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir.

Bundan əvvəl Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev bildirmişdi ki, bu il TBNM vasitəsilə daşımaların həcminin 4.2 milyon tona çatdırılması planlaşdırılır.

2023-cü ildə TBNM ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə yenə də 65% artaraq 2.7 milyon ton təşkil edib.

Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.