10:37 - 29.07.2024
29 iyul, Fineko/abc.az. Azərbaycanda yanvar-iyun ayları üzrə əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 935 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 138 min manat və ya 2,4 dəfə çoxdur.
2023-ci ilin yanvar-iyun aylarında bu göstərici 798 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 86 min manat təşkil edib ki, bu da illik müqayisədə 76 min manat və ya 9 dəfə çoxdur. Əvvəlki ilin eyni dövründə 10 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 1% təşkil edib.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024