“Mitsubishi Motors” iki şirkətlə birləşəcək

10:59 - 29.07.2024


29 iyul, Fineko/abc.az. Yaponiyanın avtomobil şirkəti “Mitsubishi Motors” daha iki böyük avtomobil istehsalçısının – “Honda” və “Nissan”ın alyansına qoşulacaq.

ABC.AZ xəbər verir ki, üç şirkətin birgə istehsal həcmi ildə təqribən səkkiz milyon avtomobil təşkil edəcək.

Digər tərəfdən, “Toyota” şirkəti də “Daihatsu”, “Suzuki”, “Subaru”, “Mazda” və “Hino Motors” ilə ittifaq qurur. Birliyin ümumi satış həcmi ildə 16 milyon avtomobil olacaq.

Məlumata görə, yüksək rəqabətli bazarda “sağ qalmağa” imkan verəcək bu birliklərin təfərrüatları hələ də işlənir. Şirkətlər avtomobillər üçün proqram təminatının standartlaşdırılmasına çalışır, həmçinin bir-birinin məhsul xətlərini tamamlamağı müzakirə edirlər. Məsələn, “Honda” Yaponiyada plug-in hibridləri (PHVs) və ya pikaplar istehsal etmir, “Mitsubishi” isə bu sahədə güclü mövqeyə malikdir.