“Toyota” Yaponiyada akumlyator zavodu tikəcək

11:26 - 29.07.2024


29 iyul, Fineko/abc.az. “Toyota”, BYD və digər Çin elektromobil istehsalçıları ilə rəqabət aparmaq üçün Yaponiyanın “Silikon adasında” yeni akkumulyator zavodu qurmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, fabrikdə şirkətin lüks avtomobil markası olan “Lexus” üçün akkumulyatorlar istehsal olunacaq.

Elektrikli avtomobillərə ehtiyatla yanaşan və rəqiblərindən geri qalan “Toyota”, BYD kimi Çin istehsalçıları ilə rəqabət aparmalı olduğunun fərqindədir. “Atto 3” modeli ilə Yaponiya bazarına daxil olan BYD, “Seal” modelini də keçən ay ölkədə satışa çıxardı.

“Toyota”nın yeni obyekti elektrik avtomobillərinin tədarük zəncirini genişləndirməklə Asiyaya ixracı artırmağa kömək edəcək. Obyekt, əsasən ixrac üçün “Lexus” avtomobilləri istehsal edən “Toyota”nın Miyata müəssisəsindən 40 km aralıda tikiləcək və obyektin əsas təchizatçısı olacaq. Yeni fabriki “Toyota”nın akkumulyator istehsal edən qolu olan “Primeearth EV Energy” idarə edəcək.