AYNA 7 milyon manata platforma hazırlayır

14:28 - 29.07.2024


29 iyul, Fineko/abc.az. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Az Softvare System” QSC ilə təxminən 7 milyon manatlıq müqavilə bağlayıb. 

ABC.AZ xəbər verir ki, müqavilədə Rəqəmsal Nəqliyyat və Logistika Platformasının (Hazırlanması) satın alınması nəzərdə tutulur. 

Müqavilənin dəyəri isə 6.560.800 manat təşkil edir.