Dünya Bankı Azərbaycandakı bu layihəyə 150 milyon manat ayırdı

10:36 - 30.07.2024


30 iyul, Fineko/abc.az. Dünya Bankının İcraçı Direktorlar Şurası hazırda icra olunan Azərbaycanda Məşğulluğa Dəstək Layihəsini (AMDL) genişləndirmək üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildiriblər. Layihənin məqsədi məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir.

Son üç il ərzində 5000-dən çoxu qadın olmaqla 15 000 benefisiar öz bizneslərinə başlamaq üçün alət dəstləri alıb.

“Azərbaycan həssas qruplar üçün əmək bazarının nəticələrini yaxşılaşdırmaq üçün səylər göstərir. Bununla belə, bacarıq uyğunsuzluğu, yüksək qeyri-formallıq və qadınlar arasında yüksək işsizlik kimi problemlər hələ də qalmaqdadır”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Şteffi Ştallmeister bildirib.