“Apple” səhvləri düzəltmək üçün süni intellekt funksiyalarının tətbiqini təxirə salıb

11:16 - 30.07.2024


30 iyul, Fineko/abc.az. “Apple” səhvləri düzəltmək üçün süni intellekt funksiyalarının tətbiqini oktyabr ayına qədər təxirə salıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazır.

Beləliklə, “Apple Intelligence” iOS 18 və iPadOS 18 əməliyyat sistemlərinin buraxılmasından bir neçə həftə sonra əlçatan olacaq. Əvvəllər “Apple Intelligence” şirkətinin sentyabrda təqdim edəcəyi yeni smartfon və planşetlərdə istifadəyə veriləcəyi planlaşdırılırdı.

“Apple” səhmləri bazar öncəsi ticarətdə bir qədər ucuzlaşaraq 217.08 dollara satılıb.