Cəbrayılda 48 fərdi evlər tikiləcək - 9 milyon manat xərclənəcək

11:29 - 30.07.2024


30 iyul, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu açıq tender elan edir.

ABC.AZ xəbər verir ki, elanda Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.

Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1400305341

Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D

Ehtimal olunan qiymət: 8.689.233,29 AZN

Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 29.07.2024 15:28

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.08.2024 15:00

Zərflərin açılış tarixi və vaxtı: 27.08.2024 15:00