Bakıda bu obyektlər bağlandı - Detallar

12:03 - 30.07.2024


30 iyul, Fineko/abc.az. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən vətəndaş Rzayev Azər Sabir oğluna məxsus avtomobil təmiri sexləri, restoran və mağazalarda yoxlama aparılıb.

Dövlət Yanğın Nəzarəti Xidmətindən ABC.AZ-a verilən məlumata görə, aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, o cümlədən obyektin tələb olunan sahələrinə yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, avtomobil təmiri sexlərinin yağlı-sürtgü materiallardan təmizlənmədiyi, avtomobil təmiri sexləri və mağazaların tavan hissələrinə yanar material olan lambir quraşdırıldığı aşkar edilib.

Sözügedən faktlarla əlaqədar Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən Rzayev Azər Sabir oğluna məxsus avtomobil təmiri sexləri, restoran və mağazaların fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub.