14:05 - 30.07.2024
30 iyul, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya sisteminin təşkili və fəaliyyəti qaydalarına dair geniş fəaliyyət proqramı hazırlayır.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, komitə ərazilərin planlaşdırılması zamanı təbiətəsaslı həllərin tətbiq edilməsi, ictimai məkanların ərazilərinin artırılması kimi müasir yanaşmalar həyata keçirir:
“Bakı və digər şəhərlərin baş planlarının hazırlanması zamanı ətraf mühitin qorunması məsələsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə fəaliyyətə rəqəmsal tikinti sektorunun inkişafı, resurslardan səmərəli istifadə daxildir. Tikintidə enerji səmərəliliyi, günəş istilik sistemlərinin quraşdırılmasına diqqət ayrılır”. (Apa)
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024