İstanbulda ictimai nəqliyyatda gediş haqqı artıb

16:38 - 30.07.2024


30 iyul, Fineko/abc.az. İstanbul Meriyasının Koordinasiya nəqliyyat mərkəzi (UKOME) ictimai nəqliyyatda gediş haqqının artırıldığını elan edib.

ABC.AZ xəbər verir ki, İstanbulda avtobus, taksi və bərə qiymətləri 22,19% artıb. Bu, istismar xərclərinin artması və yaşayış dəyərinin artması ilə bağlıdır.

Belə ki, ictimai nəqliyyatda bir səfər üçün biletin qiyməti 13% artıb və indi 17,70 Türk Lirəsi (TL) yerinə 20 TL təşkil edir. Baza taksi tarifi 100 TL-dən başlayır (əvvəllər 90). Bir kilometr yolun qiyməti 17,61-dən 20 TL-ə yüksəlib.

Su taksisi 100% bahalaşıb: minmə və səyahətin ilk kilometri 420 TL (210 TL əvəzinə), daha sonrakı 1-4 km arasında səyahət — 310 TL (əvvəllər 155 TL) başa gələcək.

Metrobüslərdə bütün stansiyalardan istifadə edərkən tam tarif 26,27-dən 29,68 TL-yə yüksəlib, mikroavtobuslarda minimum gediş haqqı 15,50 TL əvəzinə 18 TL olacaq.