“Procter & Gamble” şirkətinin rüblük mənfəəti 7% azalıb

16:59 - 30.07.2024


30 iyul, Fineko/abc.az. Dünyanın ən böyük istehlak malları istehsalçısı olan Amerikanın “Procter & Gamble Co.” (P&G) şirkəti, qazancın cüzi dəyişməsi ilə dördüncü maliyyə rübündə xalis mənfəətdə 7% azalma qeydə alıb.

ABC.AZ xəbər verir ki, iyunun 30-da başa çatan rübün nəticələrinə görə şirkətin xalis mənfəəti əvvəlki ilin eyni dövründəki 3,38 milyard dollar və ya səhm başına 1,37 dollarla müqayisədə 3,14 milyard dollar və ya səhm başına 1,27 dollar təşkil etmişdir.

P&G-nin rüblük qazancı əvvəlki maliyyə ilinin dördüncü rübündəki 20,55 milyard dollardan 20,53 milyard dollara qədər azalıb. Ekspertlər orta hesabla bu göstəricinin 20,72 milyard dollar olacağını gözləyirdilər.

P&G - nin əsas fəaliyyət istiqamətləri aşağıdakı əsas kateqoriyalarda istehlak mallarının istehsalıdır: kosmetik və parfümeriya məhsulları, fərdi qulluq məhsulları, məişət məhsulları, sağlamlıq məhsulları, uşaq baxımı məhsulları və ülgüc məhsulları. Ən məşhur markalar arasında Pampers, Tide, Ariel, Fairy, Always, Lenor, Oral-B, Olay, Tampax, Old Spice, Pantene, Head & Shoulders, Fusion, Gillette, Mach3, Venus, Braun var.