10:44 - 31.07.2024
31 iyul, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda “Cavanşir” körpüsünün ərazisində yeni yolun inşasını yekunlaşdırmaq üzrədir.
ABC.AZ xəbər verir ki, agentliyin məlumatlna görə, “İnşaat Norma və Qaydaları”na əsasən aparılan işlər çərçivəsində ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması işləri görülüb. Daha sonra ərazidə yararsız qrunt qazılaraq çıxarılıb, kommunikasiya xətləri köçürülüb, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağı inşa edilib.
Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yolun və əsas yola birləşən giriş-çıxış yollarının tikintisi üçün yol əsasının inşası da yekunlaşdırılaraq asfaltlanma işləri yerinə yetirilib.
Bundan başqa layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ayrıcı zolaqlarda və yol kənarlarında əlavə abadlaşdırma işləri görür, münbit torpaq qatı verərək yeni yaşıllıq ərazilər salır.
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024