Vaşinqton Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu təsdiqləndi

11:53 - 31.07.2024


31 iyul, Fineko/abc.az. ABŞ Mərkəzi Asiya ölkələrindən Azərbaycan və Ermənistan əraziləri vasitəsilə dünya bazarlarına yeni quru marşrutunun yaradılması imkanlarını nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, bu barədə Senatın Xarici İşlər Komitəsində Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisi Ceyms o'Brayen bildirib.

"Orta Asiya ölkələri olduqca zəngindir və hazırda dünya bazarlarına çıxmaq üçün yeganə variantları Rusiya və ya Çin üzərindən olan yollardır. Əgər biz Ermənistan və ya Azərbaycandan keçəcək marşrutu aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılı olacaqlar".