“Nvidia” son altı həftə ərzində 750 milyard dollar dəyər itirib

14:27 - 31.07.2024


31 iyul, Fineko/abc.az. Amerikanın çip istehsaçısı “Nvidia” son altı həftə ərzində 750 milyard dollar dəyər itirib.

ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məqalə dərc edib. Məqalədə qeyd edilib ki, onun səhmlərinin dəyəri iyulun 30-da keçirilən ticarət sessiyasının sonunda 7% ucuzlaşıb.

Qəzet bildirir ki, çip istehsalçısının səhmləri keçən ay qısa müddət ərzində dünyanın ən dəyərli şirkəti olduqdan sonra 20%-dən çox ucuzlaşıb.

2024-cü ilin iyun ayının əvvəlində məlum olub ki, “Nvidia” tarixdə bazar kapitallaşması 3 trilyon dollara çatan ilk texnologiya şirkəti olub. Sonuncu dəfə şirkət 2002-ci ildə, ilk iPhone-un buraxılmasından beş il əvvəl “Apple”ı geridə qoyub. Onda hər iki şirkətin kapitallaşması təxminən 10 milyard dollar təşkil edib.