Azərbaycanda duru bitki yağlarının istehsalı 23% artıb

16:13 - 31.07.2024


31 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 21 min 264,3 ton duru bitki yağı istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 3 917,3 ton və ya 22,6% artıb. Ötən ilin yanvar-iyun aylarında 17 min 347 ton duru bitki yağı istehsal edilmişdi.

2024-cü ilin iyun ayının 1-nə hazır məhsul ehtiyatı 4 min 950,6  ton təşkil edib. Hazır məhsul ehtiyatı illik müqayisədə 645 ton, yəni 15% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 4 min  305,6 ton olub,