16:25 - 31.07.2024
31 iyul, Fineko/abc.az. Qırğızıstan hakimiyyəti xarici investorlarla birlikdə Respublika ərazisində Mərkəzi Asiyanın ən böyük xizək kurortunu inşa edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Bişkekdə Respublika Prezidenti Administrasiyasının kollegiya iclasında Nazirlər Kabinetinin başçısı Akılbek Japarov bildirib.
"Hazırda ölkə Qırğızıstan Kurşevelinin tikintisinə başlayıb. Dünyaca məşhur Kurşavel kurortunun ilk operatorlarından biri olan Fransa şirkəti S3V, Qırğızıstanda "Üç zirvə" xizək klasterinin realizə edilməsi ilə məşğuldur. Orada 200 km xizək yolları çəkiləcək. Kurort il boyu fəaliyyət göstərəcək və hər il 850 minə qədər turist qəbul edə biləcək. Bu, Orta Asiyanın ən böyük kurortu olacaq", - deyə o bildirib.
Onun sözlərinə görə, bu layihənin icrasına yaxın vaxtlarda başlanılacaq. Obyekt İssık-Kul kurort gölünün şimal sahilində yerləşəcəkdir. Layihənin dəyəri hökumət başçısı tərəfindən açıqlanmadı.
7 Oktyabr 2024
7 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024