Azərbaycanda mis məftillərin istehsalı 4 dəfəyədək çoxalıb

16:55 - 31.07.2024


31 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbayanda 255,8 ton mis məftil istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü ilin eyni dövrü ilə  müqayisədə 184,4 ton və ya 3,6 dəfə artım deməkdir.

2024-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı olmayıb.