17:16 - 31.07.2024
31 iyul, Fineko/abc.az. İyunun əvvəlində Türkiyənin Kənd təsərrüfatı və Balıqçılıq Nazirliyi iyunun 21-dən oktyabrın ortalarına qədər daxili emal rejimi çərçivəsində buğda idxalını dayandıracağını açıqlamışdı.
ABC.AZ xəbər verir ki, bunun məqsədi ölkə fermerlərini bu il məhsul yığımı zamanı qiymətlərin aşağı düşməsindən və digər mənfi təsirlərdən qorumaqdır.
Türk buğdasına olan tələbatın dayandırılması o deməkdir ki, artıq Rusiya buğda bazarı nəinki Avropa Birliyinin ənənəvi bazarları ilə rəqabət aparacaq, həm də Avstraliyanın bəzi əsas Asiya bazarlarına yol açacaq.
Banqladeş, İndoneziya, Pakistan və Vyetnam kimi istiqamətlər, Qırmızı dənizdən əksər gəmiləri Ümid burnu boyunca daha uzun, lakin təhlükəsiz marşrut seçməyə məcbur edən tranzit problemlərinə baxmayaraq, ən son Rusiya ixracat məlumatlarında əsas yer tutub.
Türkiyənin buğda idxalına qadağası uzadılsa, qlobal bazar, gözlənilən məhsul həcminin az olmasına baxmayaraq, yeni sərhədlərdə Rusiya buğdasını görəcək.
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024