Bloomberg: Intel xərcləri azaltmaq üçün minlərlə işçini işdən çıxaracaq

10:40 - 1.08.2024


1 avqust, Fineko/abc.az. Amerikanın “Intel” şirkəti, xərcləri azaltmaq və azaldılmış mənfəət və bazar payı itkisindən sonra bərpa proqramını maliyyələşdirmək üçün minlərlə işçini ixtisar etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg bildirib. Agentlikdən bildiriblər ki, şirkət bu həftənin sonuna qədər ixtisar barədə elan edəcək.

“Intel”, 2024-cü ilin ikinci rübünün gəlirləri haqqında hesabatı avqustun 1-də bildirməlidir. Hazırda şirkətin 110 min işçisi var.

Keçən il Intel, işçilərinin təxminən 5%-ni ixtisar etmişdi, ilin sonuna qədər şirkətdə təxminən 124,8 min nəfər çalışdı. Şirkətdə ixtisarlar 2022-ci ildən etibarən davam edir, may ayına olan məlumata görə, işçilərin sayı 131,9 min nəfər idi.

Şirkət bu tədbirlərin 2025-ci ilə qədər 10 milyard dollara qədər qənaət edəcəyini gözləyir.