10:44 - 1.08.2024
1 avqust, Fineko/abc.az. 2023-cü ildə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) gəlirləri 6,158 milyon manat, xərcləri isə 6,187 milyon manat təşkil edib.
ABC.AZ “Report”-a istinadla xəbər verir ki, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 59,8 % və 2,4 dəfə çoxdur.
Bu il yanvarın 1-nə AZPROMO-nun aktivləri 1,213 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 45,4 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 58,6 dəfə azalaraq 17 min manata, balans kapitalı (xalis aktivləri) isə 2,4 % azalaraq 1,196 milyon manata düşüb.
AZPROMO 2003-cü ildən fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondunun bazasında 2021-ci ildə yaradılıb. Agentliyin missiyası Azərbaycanda qeyri-neft sektorunun inkişafı, istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbərinin qarşıya qoyduğu hədəflərə nail olmaq üçün xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil etmək, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” funksiyası əsasında xidmət göstərmək və dəstək verməkdir.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024