10:54 - 1.08.2024
1 avqust, Fineko/abc.az. Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının əməliyyat mənfəəti 2024-cü ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə artıb.
ABC.AZ xəbər verir ki, bunu korporasiyanın saytında dərc olunan məlumatlarda əks olunub.
Aprel-iyun ayları arasında əməliyyat mənfəəti 10,4 trilyon von (təxminən 7,5 milyard dollar) təşkil etmişdir. 2023-cü ilin ikinci rübündə bu göstərici 668 milyard von (487 milyon dollar) səviyyəsində olub. Mövcud əməliyyat mənfəəti 2022-ci ilin üçüncü rübündən etibarən ən yüksəkdir. Şirkət nəticələri yaddaş mikrosxemləri bazarında əlverişli şəraitdə satış əməliyyatının orta dəyərinin artması ilə izah edib. OLED ekran satışları da müsbət təsir edib.
Cari ilin ikinci rübü üçün ümumi qazanc 74 trilyon von təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 23,4% çoxdur.
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024