11:00 - 1.08.2024
1 avqust, Fineko/abc.az. Türkiyə Respublikası Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması təqdirində qonşu Ermənistanla sərhədləri aça bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Ssenarimizin müsbət başa çatması üçün onu hazırlamalıyıq və bu istiqamətdə işlər aparılır. Normallaşdırma prosesi başa çatarsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddə qapımızı aça bilərik", - deyə türkiyəli nazir “Sabah” qəzetinə bildirib.
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da iki ölkənin sərhədində görüş keçirərək, ikitərəfli münasibətlərin normallaşdırılması prosesini ilkin şərtlər olmadan davam etdirmək niyyətini təsdiqləyiblər.
Türkiyə ilə Ermənistan arasında ümumi sərhədə baxmayaraq, diplomatik münasibətlər yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlər prinsipləri haqqında protokollar imzaladılar, lakin tərəflər tərəfindən təsdiqlənmədilər. 1 mart 2018-ci ildə Yerevan protokolların ləğv olunduğunu elan etdi. 2021-ci ildə Türkiyə və Ermənistan nizamlama məsələləri üzrə xüsusi nümayəndələr təyin etdilər. Türkiyədə dəfələrlə Ermənistanla münasibətlərin normallaşmasını Bakı ilə Yerevan arasında sülh müqaviləsinin bağlanması ilə əlaqələndiriblər.
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024