11:32 - 1.08.2024
1 avqust, Fineko/abc.az. Bu ilin əvvəlindən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 6,53 milyard kubmetrdən çox qaz nəql edilib.
ABC.AZ xəbər verir ki, bunu "Report"a müsahibəsində TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib.
“2024-cü ilin əvvəlindən biz 6,53 milyard kubmetrdən çox, o cümlədən Bolqarıstana 0,46 milyard kubmetr, Yunanıstana 0,60 milyard kubmetr və İtaliyaya 5,42 milyard kubmetrdən çox qaz nəql etmişik”, - o vurğulayıb.
Onun sözlərinə görə, boru kəməri fəaliyyətə başlayandan indiyədək 37,53 milyard kubmetrdən çox qaz nəql edilib. Onun 2,29 milyard kubmetri Bolqarıstana, 3,63 milyard kubmetri Yunanıstana, 31,33 milyard kubmetri İtaliyaya tədarük edilib: “TAP 2022-ci il fevralın ortalarından başlayaraq tam gücü ilə işləyir. Əhəmiyyətli qısamüddətli sifarişlər isə uzunmüddətli öhdəlikləri tamamlayır”.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsidir.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024