12:10 - 1.08.2024
ABB yeni lotereya kampaniyasına start verib. "ABB səhmdarı ol, şanslarını artır!" lotereyasının müddəti 10 sentyabr 2024-cü il tarixinə qədərdir. Bu müddətdə ABB səhmlərini sifariş etmiş investorlar 5000 AZN-dək pul mükafatı qazanmaq şansı əldə edəcəklər.
Tirajların tarixləri:
•1-ci tiraj: 01.08.2024 – 10.08.2024 (15.08.2024-cü il, saat 17:00-da oynanılacaq);
•2-ci tiraj: 11.08.2024 – 20.08.2024 (23.08.2024-cü il, saat 17:00-da oynanılacaq);
•3-cü tiraj: 21.08.2024 – 31.08.2024 (05.09.2024-cü il, saat 17:00-da oynanılacaq);
•4-cü tiraj 01.09.2024 – 10.09.2024 (15.09.2024-cü il, saat 17:00-da oynanılacaq).
Lotereyanın şərtlərinə görə, hər səhm sifarişi müştərilərə 1 şans qazandırır. Müştərilər minimum 100, maksimum 400 000 səhm ala bilərlər. Qazanılan şanslar hər tiraj müddətinin yekununda cəmlənəcək və lotereyada həmin say qədər iştirak şansı olacaq. Müştəri hər tirajda 1 dəfə qalib ola bilər.
Tirajlar ABB-nin korporativ Facebook səhifəsi üzərindən canlı yayımda oynanılacaq. Qaliblər proqram təminatının köməyi ilə təsadüfi qaydada seçiləcək və uduşlar pul şəklində müştərilərin ABB-dəki aktiv debet kartı və ya “Faydalı keşbek” hesablarına köçürüləcək.
Hədiyyələr hər tiraj üçün eynidir:
1 nəfər – 5000 AZN
1 nəfər – 3000 AZN
1 nəfər – 2000 AZN
47 nəfər – 100 AZN
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024